Hindistanda 16 nəfər leysan yağışların qurbanı olub


Digərləri 02 Sen 2018 23:59:00 213 0

Hindistanda 16 nəfər leysan yağışların qurbanı olub

Son gün ərzində Hindistanın şimalındakı Uttar-Pradeş ştatında leysan yağışları nəticəsində 16 nəfər ölüb, daha 12 nəfər ağır xəsarətlər alıb.

Bakı. Tural Turan - Son gün ərzində Hindistanın şimalındakı Uttar-Pradeş ştatında leysan yağışları nəticəsində 16 nəfər ölüb, daha 12 nəfər ağır xəsarətlər alıb. Trend-in məlumatına görə, yerli hakimiyyət orqanlarına istinadən verilən məlumata görə, 6 nəfər ildırımın qurbanı olub, digərləri isə torpaq sürüşməsinin və kənddə ağacın evin damı üstünə aşması nəticəsində ölüblər. Regionda təbii hadisə nəticəsində ümumilikdə 460-dan çox ev zərər çəkib.