“İt olan evə mələk girməz” hədisində


Digərləri 02 Sen 2018 23:20:00 274 0

“İt olan evə mələk girməz” hədisində

Quranın zahiri tərcüməsi ilə kifayətlənib hədis və təfsirə arxa çevirən və beləliklə bir çox mövzularda həqiqəti görə bilməyən bir qism insanlar mövcuddur

Bəzən bu şəxslərə tərcümə ilə təfsir arasındakı fərqi belə anlatmaq olmur. Filan ayənin təfsirinə baxın deyildikdə həmin ayənin tərcüməsinə baxan və bu ikisi arasındakı fərqi anlamayanlar hədis mövzusunda da bir sıra anlaşılmazlığa düçar olurlar. Daha çox əxlaq kitablarında rastlaşdığımız bir hədisin mətninə nəzər salaq: Hədis: "İt olan evə mələk girməz."

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, bu hədisin zahirini nəzərə alsaq belə anlaşılır ki, ümumiyyətlə bu heyvanla əlaqəni kəsməli və onu həyatımızdan xaric etməliyik. Əvvəla bunu qeyd edək ki, iti Yaradan Allah onu da bihudə yaratmamışdır. Onu da insanlara xidmətçi vermiş, insanlar yatarkən onların evinə, mal-qarasına, toyuq cücəsinə digər yırtıcı heyvanların yaxın durmasına imkan vermir. Gündüzlər belə çobanlarla birgə çöllərə gedir və sürüyə oluna biləcək hücumların qarşısını alır. Bu hələ gözümüzlə müşahidə edə bildiklərimizdir. Yuxarıda qeyd etdiyimiz hədisin zahirinə baxıb itdən imtina edən və nəticədə heyvanları, mal-qarası yırtıcı heyvanlara yem olan bu zahirpərəstlər sonra da ah-fəğan edib şikayətlənirlər. Elə isə hədisin əsl mənası nədir? Allah Rəsulu (s) nə demək istəyirdi? Bunu anlamaq üçün hədis mütləq təfsir olunamlıdır. Diqqət edin TƏFSİR deyirəm, TƏRCÜMƏ yox. Hədis təfsir olunduqda tam fərqli bir məna ilə qarşı-qarşıya oluruq. Sən demə peyğəmbər (s) əslində belə deyirmiş: "Günah olan qəlbə mələk - nur daxil ola bilməz, girməz." Deməli hədisdə "it"də məqsəd günah, "ev"də məqsəd isə qəlb, "mələk"də məqsəd nur imiş. Təfsirin önəm və əhəmiyyətini həmçinin tərcümə ilə nə qədər fərqli olduğunu bir daha müşahidə etmək üçün bir ayəyə də nəzər salaq. Bəqərə 187-ci ayəsində olan bu hissəyə diqqət edək: ... "ağ sap qara sapdan seçilincəyə qədər yeyin için..."

Ayənin zahirinə baxdıqda söhbətin ağ və qara sapdan getdiyi anlaşılır. Amma həqiqətdə "ağ sap və qara sap" tam fərqli mənanı ifadə edir. Əziz İslam peyğəmbərinin bu ayəyə verdiyi təfsirə nəzər salaq. Ədi ibni Hatəm peyğəmbərin (s) yanına gəlib deyir: "Mən sübhün açıldığını bilmək üçün bir ağ sapla qara sapı götürüb, onlara baxdım." Allah Rəsulu (s) onun sözlərini eşitdikdə gülümsəyib buyurdu: "Ey Hatəmin oğlu! Ağ sap və qara sap dedikdə üfüqdəki ağlığı və gecənin qaranlığı nəzərdə tutulur.Sübhün ağlığının görünməsi orucun başlanmasını bildirir." (Məcməul-Bəyan, "Bəqərə" surəsinin 187-ci ayəsinintəfsiri).