Ağsuda dağlıq sahədə yanğın başlayıb FOTO


Digərləri 02 Sen 2018 22:22:00 285 0

Ağsuda dağlıq sahədə yanğın başlayıb  FOTO

Ağsu rayonunda meşə yaxınlığında yanğın başlayıb.

Son.az "Report"a istinadən bildirir ki, hadisə rayonun Xatman kəndindəki dağlıq ərazidə başlayıb.

Kol və quru ot sahəsindəki yanğının söndürülməsi üçün əraziyə Ağsu ilə yanaşı, Kürdəmir, Ucar və Şamaxı rayonlarından da yanğınsöndürən biriqada və texnikalar cəlb olunub. Lakin dağlıq ərazinin bəzi hissələrinə texnikaların göndərilməsi mümkün olmayıb. Bu səbəbdən yanğının söndürülməsi üçün daha çox əl əməyindən istifadə olunur.

Hazırda alovun söndürülməsi istiqamətində işlər davam etdirilir.


Xəbərə aid fotolar