Ağstafada 52 yaşlı kişini döyərək yol kənarına atıblar


Digərləri 02 Sen 2018 22:24:00 339 0

Ağstafada 52 yaşlı kişini döyərək yol kənarına atıblar

Ağstafada döyülmə hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, rayonun Eynallı kənd sakini, 1966-cı il təvəllüdlü Rafiq Əsgərov Qırlı kənd ərazisində keçirilən toy mərasimindən çıxdıqdan sonra kimlikləri hələlik məlum olmayan şəxslər tərəfindən döyülüb və yol kənarına atılıb. O, yaxınlıqdan keçən şəxslər tərəfindən xəstəxanaya aparılıb. R.Əsgərovun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.