Şimpanzelər və oranqutanlar keçmişi xatırlaya bilirlər


Digərləri 02 Sen 2018 22:15:00 238 0

Şimpanzelər və oranqutanlar keçmişi xatırlaya bilirlər

Yeni elmi tədqiqat işi göstərib ki, şimpanzelər və oranqutanlar sensor yaddaşların köməyi ilə uzaq keçmişi xatırlaya bilirmişlər. Hər iki növdən olan meymunlar cəmi dörd dəfə istifadə etdikləri faydalı alətlər gizlədildikdən sonra onları tapa biliblər. Onlar həmçinin əhəmiyyətli bir hadisəni iki həftə sonra yada salmağı bacarıblar. "Current Biology" məcmuəsində dərc etdiyi məqalədə tədqiqat qrupu yazır ki, keçmişi xatırlamaq yalnız insanlara xas cəhət deyil.

Son.az yasilelm.com-a istinadən bildirir ki, eksperiment zamanı şimpanze və oranqutanlara müxtəlif otaqlarda iki qutu göstərilib. Qutulardan birində faydalı alətlər olub, digərində isə lazımsız şeylər. Mükafat almaq üçün, meymunlar içində alətlər olan qutunu tapmalı idilər. Üç il sonra, onların gizlədilməsindən xəbərsiz olan meymunlar lazımı alətləri tapıblar.

Ani xatırlama Bu artıq isbat olunmuş faktdır ki, müəyyən sensor və ya hissiyyat işarələri, məsələn mahnılar və ya qoxular insanlarda keçmişin xatırlanmasına təkan verir. Danimarkadakı Aarhus Universitetindən Gema Martin-Ordasın rəhbərlik etdiyi alimlər komandası da eyni prinsipdən istifadə edib. Onlar aşkara çıxarıblar ki, sensor işarələr meymunların xatirələrini canlandırır. Bu təcrübə zamanı meymunlar sensor işarələrin köməyi ilə üç il əvvəl gördükləri alətləri tapa biliblər.