Xocavənddə raket tapılıb FOTO


Digərləri 02 Sen 2018 22:19:00 277 0

Xocavənddə raket tapılıb  FOTO

Xocavənd rayonunun Qaradağlı kəndində 1 raket aşkarlanıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Son.az-a verilən məlumata görə, bu gün saat 09:37-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Xocavənd rayonu, Qaradağlı kəndi ərazisində partlamamış hərbi sursatların tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Xocavənd rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.


Xəbərə aid fotolar