Barselona şəhərinin qeyriadi memarlığının maraqlı tarixçəsi


Digərləri 02 Sen 2018 21:20:00 389 0

Barselona şəhərinin qeyriadi memarlığının maraqlı tarixçəsi

Sosial mediada tez-tez paylaşılan Barselonanın quş baxışı görünüşünün tarixçəsi 1850-ci illərə qədər uzanır.

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, 850-ci illərin sonuna yaxın Bareselona fəlakətlə üzləşir. Orta əsrlərdən qalma görkəmli şəhər sənaye inqilabının təsiri ilə əhalinin qəfdildən çoxalması ilə qarşı-qarşıya qalır. Şəhərdə boş ərazi tapmaq qeyri-mümkün hala gəlir. Hətta küçələrin darlığı 1 metrəyə qədər azalar. Fəhlələr fabriklərin tikdirdiyi yerlərdə yaşayır, beləliklə küçələrdə addım atmağa yer qalmır. İnsanlar nəfəs almağa belə çətinlik çəkirlər. 187 min əhalinin yaşadığı balaca ərazidə xəstəliklər şiddətlə yayılmağa başlayır. Təkcə 1834-65-ci illərdə vəba 13 min insanın ölümünə səbəb olur. Şəhər ciddi problem qarşısında qalır. Elə bu zaman memar Ildefons Cerda öz layihəsini ortaya qoyur.

Bu memar şəhərləşmə- paytaxtlaşma terminin yaradıcısıdır. Cerda şəhəri manqal formasında layihələşdirir. Bu zaman dar məkanda nə qədər yerin qala biləcəyini, insanların rahat şəkildə necə nəfəs ala biləcəyini dəqiqliklə hesablayır.