Rusiya və Azərbaycan strateji tərəfdaşdır VİDEO


Siyasət 02 Sen 2018 21:23:00 242 0

Rusiya və Azərbaycan strateji tərəfdaşdır  VİDEO

Prezident İlham Əliyevin soçi səfəri, rusiyalı həmkarı Vladimir Putinlə görüşü və imzalanan sənədlər iki ölkə arasındakı əlaqələrin daha da genişlənməsinə öz töfhəsini verəcək. Səfəri şərh edən ekspertlər hesab edir ki, dövlət başçılarının tez-tez bir araya gələrək dailoqun mütəmadi hal alması bərabərhüquqlu tərfdaşlığı gücləndirməklə yanaşı mürəkkəb siyasi proseslərin cərəyan etdiyi bir vaxta region üçün də əhəmiyyətlidir.

Faktiki olaraq cənubi qafqazda Rusiya ilə səmərli əmkdaşlıq edən yeganə dövlət Azərbaycandır. Hər iki ölkəni sıx tarixi coğrafi bağlarlarla yanaşı qarşılıqlı maraqlar da birləşdirir. Yəni Rusiya ilə Azərbaycan arasındakı əlaqələr çoxşəxliyi və əhəmiyyəti baxımından strateji tərəfdaşlıq səviyyəsindədir. Müxtəlif sahələrdə sıx əməkdaşlıq tez-tez görüşlərin keçirilməsini, qarşılıqlı səfərləri və daimi dailoqun saxlanlılmasını zəruri edir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, hazırda neft-qaz sahəsi nəzərə alınmazsa Azərbaycanın ən böyük ticarət tərəfdaşı Rusiyadır. Söhbət həm idxalın, həm də ixracın həcmindən gedir. Təbbi ki Rusiya nəhəng bir ölkədir və onun dünya siyasətində o cümlədən iqtisadiyyatında çəkisi böyükdür. Bununla belə Azərbaycanın kiçik bir ölkə olsa belə Rusiyanın tərəfdaşları arasında özünə məxsus yeri və böyük əhəmiyyəti var.

Prezident İlham Əliyevin Soçi səfəri bir daha göstərdi ki Rusiya və Azərbaycan arasındakı münasibətlər bərabərhüquqluluq prinsipinə və qarşılıqlı maraqlara söykənir. Hər iki tərəf bundan məmnundur və bu əməkdaşlığı daha da inkişaf etdirmək niyyətindədir. İmzalanan sənədlər isə buna əyani sübutdur. Ortaq sərmayələrin həcminin sürətlə artması əlaqələri daha da möhkəmləndirir. 2017-ci ilin yekununa görə Rusiya və Azərbaycan arasında əmtəə dövriyyəsi, demək olar ki, 35 faiz artaraq 2,5 milyard dollara çatıb. Rusiyanın Azərbaycana birbaşa kapital qoyuluşu 1,5 milyard dollar təşkil edib. Azərbaycan bazarında təxminən 700 birgə müəssisə var. Onlardan da üçdə biri 100 faizlik Rusiya kapitalı ilə fəaliyyət göstərir. Digər tərəfdən təkcə bir məqamı vurğulamaq yerinə düşər ki, Şimal Cənub Nəqliyyat Dəhlizinin işə düşməsi ilə İrandan Rusiya istiqamətində daşınan yüklər 100 dəfə artıb və bu hələ tam potensial deyil.

Millət vəkili politoloq Rasim Musabəyov deyir ki Rusiyanın regionda iqtisadi maraqlarınını artması rəsmi Moskvanın bölgədə sabitliyin qorunmasına daha həssas yanaşmasına gətirib çıxaracaq. Hazırki şəraitdə isə regionda sabitliyə əsas təhdid məhz Dağlıq Qarabağ münaqişəsidir.

Vladimir Putinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına bütün mümkün köməyi göstərməkdə davam edəcəyini bildirməsi, Azərbaycanın artan önəminə və regionda davamlı sabitliyin qorunmasına, təhlükəsizliyin təmin edilməsinə diqqət çəkməsi də rəsmi Moskvanın bu istiqamətdə fəallığını artırmaq niyyətində olduğunu göstərir.

İkitərəfli əlaqlərdə xüsusi vurğulanmalı məqamlardan biri də hərbi sahədəki əməkdaşlıqdır. Azərbaycan hərbi gücünün formalaşması və qorunub saxlanılmasında Rusiyadan idxal edilən silah və texnikanın əhəmiyyəti danılmazdır. Rəsmi Bakı bu məsələdə heç bir imtiyaz və güzəşt gözləmir. Konkret öz maliyyə imkanları ilə hərbi gücünü formalaşdırır. Dünyada silah ixracında mühüm yer tutan dövlətlərdən biri olan Rusiya da bunun fərqindədir.

Bütün bu sadalananları ümumişləşdirsək, Prezident İlham Əliyevin Rusiyaya səfərinin qarşılıqlı əlaqlərin daha da inkişaf etdirilməsinən böyük təkan olacağını deyə bilərik. Bunu konkret layihələr və planlar üzrə aparılan müzakirələr, əldə olunan razlaşmalar və imzalanan sənədlər də təsdiq edir.


Xəbərə aid video