İmam Cavadın saray alimlərini mat qoyan cavabı


Digərləri 02 Sen 2018 21:10:00 376 0

İmam Cavadın saray alimlərini mat qoyan cavabı

Təbərsi əl-İhticac əsərində İmam Cavadın həyatında baş verən bir sıra münazirələri gətirib. O münazirələrdən və mübahisələrdən biri də Məmunun qarşısında saray alimi Yəhya ibni Əksəmlə münazirədir.

İmam Cavad Abbasi xəlifəsi Məmunun dəvəti ilə Bağdada gedir. Bir neçə gündən sonra Məmun onu öz sarayına dəvət edərək ona qızı Ümmul-Fəzllə evlənmək təklifini edir. İmam Cavad (ə) Məmunun bu təklifi qarşısında sükut edir. Məmun da sükutu razılıq əlaməti sayıb tədarük fikrinə düşür. O, təntənəli şəkildə bir məclis qurmaq istəyirdi.

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, lakin bu xəbərin Bəni-Abbas arasında yayılması böyük narazılığa səbəb olur. Bəni-Abbas sülaləsinin nümayəndələri bir yerə toplaşaraq Məmuna öz etirazlarını bildirib dedilər:

"Bu nə işdir görürsən? Əli ibn Musa ər-Rizanın vəfat etdiyi və hakimiyyətin Bəni-Abbasın əlində olduğu bir halda hakimiyyəti yenə də, Əlinin övladlarına vermək istəyirsən? Biz bu işə yol verə bilmərik. Aramızda olan neçə illik düşmənçiliyi unutmusan?" Məmun soruşur: "Bəs sizin fikriniz nədir?" Onlar dedilər: "O, uşaqdır və hələ elm və bilikdən xəbəri yoxdur." Məmun dedi: "Siz bu ailəni yaxşı tanımırsınız, onların kiçiyi də, böyüyü də tükənməz elm sahibidir. Əgər mən deyənə razı deyilsinizsə, onda onu yoxlayın. Qəbul etdiyiniz bir alimi gətirib onunla bəhs etdirin, onda mənim dediklərimə inanarsınız.

Abbasilər alimlərin arasında (öz elmi ilə aləmə səs salmış) Yəhya ibn Əksəmi seçirlər. Məmun İmam Cavadın (ə) elm və bilik səviyyəsini yoxlamaq üçün bir məclis təşkil edir. Həmin məclisdə Yəhya ibn Əksəm Həzrətdən soruşur: "Həcc mövsümü zamanı ehram bağlayıb heyvan ovlamış şəxsin hökmü necədir?"