Ağstafada yol qəzası:


Digərləri 02 Sen 2018 20:41:00 292 0

Ağstafada yol qəzası:

Ağstafa rayonunda ağır yol qəzası baş verib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, rayonun Böyük Kəsik kəndində "VAZ" markalı minik avtomobili yol kənarındakı hasara çırpılıb.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü, 1960-cı il təvvəllüdlü Eminov Elxan Əsgər oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.

Videonu izləmək üçün şəklə klikləyin: