Mənsimovun gəmisi Kerç körfəzində aylardır atılmış qalıb,


Digərləri 02 Sen 2018 20:48:00 271 0

Mənsimovun gəmisi Kerç körfəzində aylardır atılmış qalıb,

Azərbaycanlı oliqarx Mübariz Mənsimovun "Palmali" şirkətinə məxsus gəmi Kerç körfəzi ilə üzbəüz 12 millik zonada aylardır atılmış vəziyyətdə qalıb. Gəminin rusiyalı heyət üzvləri aylardır əmək haqqı almır və şirkətin onlara 200 min dollardan çox borcu var.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bu haqda "Kommersant" qəzetinə Rusiya dənizçilər İttifaqının Azov-Don regional təşkilatının rəhbəri Leonid Qluşak məlumat verib. Qluşakov deyib ki, gəmi sahibi gəmini faktiki olaraq atıb, heyət üzvləri aylardır açıq dənizdə gəmidə qalıb və ağır şəraitlə üzləşiblər.

"Baş mexanik ağır xəstədir, o yataqdan qalxa bilmir"-Qluşak deyib. Onun sözlərinə görə, kapitan gəmi sahibinin icazəsi olmadan gəmini Rusiya limanlarından birinə yönəldə bilməz. "Bu, gəminin qaçırılması kimi qiymətləndirilə bilər"-Qluşak bildirib.