Hindistanda 16 nəfər leysan yağışların qurbanı olub
Dünya 02 Sen 2018 20:23:00 244 0
Son sutka ərzində Hindistanın şimalındakı Uttar-Pradeş ştatında 16 nəfər leysan yağışların qurbanı olub, daha 12 nəfər ağır xəsarətlər alıb.
Son.az "Report"a istinadən bildirir ki, yerli hakimiyyət orqanlarına istinadən verilən məlumata görə, 6 nəfər ildırımın qurbanı olub, digərləri isə torpaq sürüşməsinin və kənddə ağacın evin damı üstünə aşması nəticəsində ölüblər.
Regionda təbii hadisə nəticəsində ümumilikdə 460-dan çox ev zərər çəkib. Hindistanda musson yağışlar iyundan sentyabrın ortalarına qədər davam edir.
Mənbə: milli.az