Biznes ideya nədir?


Digərləri 02 Sen 2018 20:15:00 706 0

Biznes ideya nədir?

Biznes ideya nəyə deyilir? Hansı ideyanın biznes üçün daha yaxşı olduğunu necə bilə bilərəm? Biznes ideyanın uğur qazanması üçün əsas şərtlər hansılardır? Bu sulların cavablarını yeni yazımızda öyrənəcəksiniz.

Son.az bizplus.az-a istinadən bildirir ki, biznes ideya yaranması üçün bir problem, bir ehtiyac olmalıdır. Ətrafınıza fikir verin - yaşadığınız məhlə böyükdürsə, böyük ehtimal ki məhlənizdə kiçik də olsa bir ərzaq dükanı olacaqdır. Bu dükana ehtiyac olduğu üçün sahibkar orda dükan açmaq qərarına gəlib. İstənilən bir məhsulu götürün - hamısının yaranma səbəbi bir ehtiyac, bir problemin həllidir. İndiki dövrdə də bütün startaplar bir problemin həllini gətirən biznes ideyadan yaranır.

Bu yazıda sizin biznes ideya yaratmaq istəyən bir sahibkar kimi qəbul edək. Deyək ki, siz bir problemin olduğunu kəşf etdiniz. Növbəti addımızın bu ideyanı biznes ideyaya çevirməkdir. Bunun üçün siz aşağıdakı 4 suala cavab verməlisiniz:

1. Nə? - Biznesin satdığı, təklif etdiyi əmtəə: məhsul və ya xidmət nədir?

2. Kimə? - Biznes öz əmtəəsini kimə satmaq istəyir, alıcıları kimdir?

3. Nə üçün? - Müştərilər hansı səbəbə görə məhz sizin biznesin malını almalıdır?

4. Necə? - Alış harda baş verir, mal və ya xidmət müştəriyə necə çatdırılır?

Misal üçün deyək ki, siz küçə futbolu həvəskarısınız.  Bu işin içində olduğunuza görə ağlınıza küçə futbolu ilə bağlı ideya gəlməsi daha çox ehtimaldır. Siz fikir verdiniz ki, küçə futboluna ofis işçiləri tərəfindən maraq artmaqdadır. Amma onlar harda və kiminlə futbol oynayacaqlarını bilmirlər. Siz də bu ehtiyacı görüb, problemin həlli olaraq bütün marağı olanları bir yerdə toplayacaq sayt yaratmaq qərarına gəlirsiz. Bu ideyanın biznes ideyaya çevrilməsi üçün 4 suala da cavab tapaq:

Nə? - Sizin yaradacağınız saytda küçə futbolu həvəskarları öz komandaları ilə qeydiyyatdan keçib, bir-biri ilə futbol oynayacaqlar. Siz bu görüşləri, bəlkə də turniri özünüz təşkil etməklə bundan pul qazana bilərsiz.

Kimə? - Küçə futbolu ilə maraqlanan ofis işçiləri əsas hədəf auditoriyamız olsa da, digər futbol həvəskarları da saytın xidmətlərindən istifadə edə biləcəklər.