Yaponların intihara alternativ seçdikləri bu yol dünyanı heyrətə salıb


Digərləri 02 Sen 2018 20:20:00 283 0

Yaponların intihara alternativ seçdikləri bu yol dünyanı heyrətə salıb

Yapon dilində "cohatsu" buxarlanmış insanlar mənasını verir.

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, Yaponiyada artıq bu yolu seçənlərin sayı gündən-günə artır. İnsanların modern həyatdan sıxılması və intihardan qaçış yolunu təmin edən bu üsul sadəcə olaraq qorxuncdur. Cohatsu insanların ananonimliyə çəkilməsidir. Bunun müxtəlif səbəbləri var. Uğursuz nigahlar, cəmiyyət içində sevilməmək, karyerada uğursuzluqlar insanları öz həyatlarından kənarlaşdırmağa başlayıb.

Modern həyatın sıradan çıxardığı bu insanlar haqda fransalı iki müəllif kitab yazıblar. Bu kitabda "yoxa çıxmış" bu insanların fotoları, vinetkaları yer alıb. Kitabın müəllifi olan Moqer və Remayə 2008-ci ildən təzadlı tendensiyanı izləmək üçün Yaponiyada araşdırmalar aparıblar. Onlar belə yoxa çıxmış yüzlərlə insanın yaxınları ilə görüşüblər. Hökumətdə rəsmi statistika olmasa da, kitabın müəllifləri iddia edirlər ki, hər il 100 min insan belə "buxarlaşır"