Mərc oyunlarında uduzub oğurluğa əl atdı VİDEO


Digərləri 02 Sen 2018 20:04:00 385 0

Mərc oyunlarında uduzub oğurluğa əl atdı  VİDEO

İşlədiyi mərc oyunları məntəqəsindən və həmin obyektin sahibinin evindən oğurluq edən şəxs saxlanılıb. Saxlanılan şəxsin oğurluğu nə üçün etdiyini, indi təqdim eəcəyimiz süjetdən biləcəksiniz.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, mərc oyunlarında uduzub oğurluğa əl atdı.

Bakı şəhəri Binəqədi rayonunda yaşayan Şəki şəhər sakini Ümid Hüseynov rayon polis idarəsinə müraciət edərək bildirib ki, kirayə qaldığı evdən 5300 manat oğurlanıb. Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində məlum olub ki,həmin oğurluq hadisəsini onunla bir evdə qalan həmyerlisi Raqib Orucov törədib.

Saxıanılaraq idarəyə gətirilən Raqib Orucov törətdiyi cinayət əməlini etiraf edib. İstintaqın gedişində məlum olub ki, Raqib evdən oğurladığı pulla kifayətlənməyib. Belə ki, uzun müddətdir ki,Ümid Hüseynovun işlətdiyi mərc oyunları məntəqəsində operator olan Raqib özü də külli miqdarda pul uduzub. Müdirindən xəbərsiz uduzduğu pulları bərpa etmək istəyən Raqib oğurluq etmək qərarına gəlib.

Saxlanılan şəxsin sözlərinə görə, 5 il ərzində mərc oyunlarına 50 min manatdan artıq pul uduzub. O, mərc oynayanlara məsləhət də verib.

Faktla bağlı Raqib Orucov barəsində Binəqədi rayon polis idarəsində başlanan cinayətişi üzrə istintaq davam edir.


Xəbərə aid video