Qadınların çantasına göz dikən soyğunçu yaxalandı VİDEO


Digərləri 02 Sen 2018 20:06:00 325 0

Qadınların çantasına göz dikən soyğunçu yaxalandı  VİDEO

Bakıda qadınlara qarşı soyğunçuluq edən şəxs tutulub. Həmin şəxsi Nəsimi rayonunda bir qadına qarşı zor tətbiq edərək əlindəki çantasını alıb qaçıb. Araşdırma zamanı onun digər analoji cinayətləri də ortaya çıxıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, əvvəlcə qadınları izləyib, daha sonra isə onlara qarşı soyğunçuluq edib.

Hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib. Bir zərərçəkmiş qadın rayon polis idarəsinə məlumat verib ki, tanımadığı şəxs içərisində mobil telefon və kosmetik əşyalar olan çantasını zorla ondan alaqraq hadisə yerindən qaçıb.

Məlumat daxil olan kimi dərhal cinayəti törədən şəxsin axtarışlarına başlanılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Müqabil Əliyev saxlanılıb. O, ifadəsində törətdiyi cinayəti etiraf edib. Saxlanılan şəxsin ətrafında keçirilən əlavə istintaq-əməliyyat tədbirləri zamanı onun Abşeron rayonu ərazisində daha 4 qadının əl çantasını soyğunçuluq yolu ilə ələ keçirdiyi müəyyən edilib.

Faktla bağlı Müqabil Əliyev barəsində cinayət işi başlanılıb, istintaq aparılır. Polis əməkdaşları Müqabil Əliyevin digər analoji cinayətlər törətdiyini istisna etmirlər.


Xəbərə aid video