Real-ın futbolçusu vətəninə qayıtdı


İdman 02 Sen 2018 18:50:00 244 0

Real-ın futbolçusu vətəninə qayıtdı

Portuqaliyalı futbolçu Fabio Koentrao Madrid “Real”ı ilə yollarını ayırıb. Goal.az xəbər verir ki, 30 yaşlı müdafiəçi ölkəsinin “Rio Ave” klubuna transfer olunub. Onun yetirməsi olduğu bu klubla neçə illik müqavilə imzaladığı açıqlanmır.“Real” Fabionu 2011-ci ildə 30 milyon avroya “Benfica”dan transfer etmişdi. O, “kral klubu”nun heyətində 58 oyun keçirib.

Koentrao ötən mövsümü icarə əsasında “Sporting”də keçirib. O, bu komandanın heyətində 44 oyun keçirib, 1 qol vurub.