Ata və qızının olduğu "Oka" əvvəlcə mikroavtobusa, sonra "09"a çırpılıb aşdı


Digərləri 02 Sen 2018 18:24:00 283 0

Ata və qızının olduğu "Oka" əvvəlcə mikroavtobusa, sonra "09"a çırpılıb aşdı

Mingəçevir - Xaldan yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində zəncirvari yol qəzası baş verib.

Son.az-ın report-a istinadən məlumatına görə, qəza zamanı "Oka" markalı avtomobil mikroavtobusla, ardınca isə "VAZ-2109" markalı avtomobil ilə toqquşub və yoldan çıxaraq aşıb.

Nəticədə "Oka"nın 1962-ci il təvəllüdlü sürücüsü Orucov Əmir Duman oğlu və onun 2002-ci il təvəllüdlü qızı Orucova Zəhra müxtəlif bədən xəsarətləri alıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.