Bakıda yaşayış binasında yanğın


Digərləri 02 Sen 2018 18:18:00 198 0

Bakıda yaşayış binasında yanğın

Bakıda yanğın qeydə alınıb.

Son.az-ın FHN-ə istinadən verdiyi məlumata əsasən, şəhərin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının pilləkən qəfəsinə yığılmış istifadəyə yararsız ev əşyaları yanıb. Yüksək temperaturdan 2 ədəd su sayğacı, 5 p.m su borusu və 5 p.m elektrik kabeli əriyib.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.