Millimizin üzvü yeni klubunda debüt edib


İdman 02 Sen 2018 18:06:00 230 0

Millimizin üzvü yeni klubunda debüt edib

Türkiyə 1-ci liqasında 4-cü turun oyunları keçirilir. Goal.az xəbər verir ki, millimizin müdafiəçisi Ufuk Budakın çıxış etdiyi “Boluspor” səfərdə “Afyonspor”la qarşılaşıb və  1:0 hesablı qələbə qazanıb.

Ufuk bu görüşdə “Boluspor”un heyətində debüt edib. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.  “Boluspor” 4 turdan sonra 12 xalla 18 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.