Ben Arfa yeni klubuna imza atdı


İdman 02 Sen 2018 17:40:00 278 0

Ben Arfa yeni klubuna imza atdı

PSG-nin keçmiş futbolçusu Hatem Ben Arfa karyerasını yenə Fransada davam etdirəcək. Goal.az xəbər verir ki, o, “Rennais” klubu ilə müqavilə imzalayıb. Futbolçu yeni komandasında 18 nömrəli formanı geyinəcək.

Ben Arfanın PSG ilə müqaviləsi bu ilin yayında bitib. O, Paris komandasının heyətində sonuncu dəfə 12 mart tarixində “Lorient”a qarşı meydana çıxıb. Həmin oyunda Ben Arfa yalnız 2 dəqiqə oynamaq şansı əldə etmişdi. 2017/18 mövsümündə keçmiş baş məşqçi Unay Emeri ilə konflikt səbəbindən oyunçu heç bir rəsmi matçda meydana buraxılmamışdı.