PSV Avstraliya millisinin üzvünü transfer edib


İdman 02 Sen 2018 16:15:00 225 0

PSV Avstraliya millisinin üzvünü transfer edib

Bursaspor” klubundan ayrılan Aziz Behiçin yeni komandasının adına aydınlıq gəlib. Goal.az xəbər verir ki, Avstraliya yığmasının üzvü Hollandiyanın PSV klubuna transfer olunub. 27 yaşlı futbolçu yeni klubu ilə 4 illik müqaviləyə imza atıb. Sol cinah müdafiəçisi mövqeyində çıxış edən Behiç Hollandiya klubunda 3 nömrəli formanı geyinəcək. Avstraliyalı futbolçu 2013-cü ildən “Bursaspor”da çıxış edirdi.