PSG-nin futbolçusu La Liqa klubuna


İdman 02 Sen 2018 15:33:00 217 0

PSG-nin futbolçusu La Liqa klubuna

Betis heyətini yeni futbolçu ilə gücləndirib. Goal.az xəbər verir ki, La Liqa təmsilçisi Fransa çempionu PSG-nin yarımmüdafiəçisi Covani Lo Çelsonu heyətinə qatıb. 22 yaşlı argentinalı futbolçu 2 illik icarəyə götürülüb. İspaniya klubu 2 illik icarə üçün PSG-yə 2 milyon avro ödəyəcək. Lo Çelso 2016-cı ildə ölkəsinin “Rosario Sentral” klubundan Paris təmsilçisinə transfer olunub. Argentina yığmasının da üzvü olan Covani PSJ-də 36 oyun keçirib, 4 qola imza atıb.