Afaq Aslan ad günündə evlilik təklifi aldı


Şou-biznes 02 Sen 2018 15:07:00 297 0

Afaq Aslan ad günündə evlilik təklifi aldı

Cazibədar müğənni Afaq Aslan üçün doğum günü unudulmaz anlarla yadda qalıb.

Son.az publika.az-a istinadən xəbər verir ki, doğum günündə sevdiyi insan tərəfindən evlilik təklifi alan müğənni sevincinin həddi-hüdudu olmadığını və toy hazırlıqlarına başladıqlarını bildirib. Adı azərbaycanlı qanuni oğru, "Lotu Quli" ləqəbli Nadir Səlifovla sevgi macərasında hallanan Afaq Aslan şəxsi həyatını gizli saxlayacaını deyib:

"Bu, mənim haqqımdı. Həyatımla bağlı göz önündə, gündəmdə olmağı sevmirəm. Sevdiyim insanın adını gizli saxlayıramsa, bu, o demək deyil ki, kim adımı kiminlə istəsə hallandıra bilər. Adımın ailəli insanlarla hallandırılması yolverilməzdir. Sevdiyim şəxs subaydır, mən isə gənc xanımam. Sevib-sevilmək, ailə qurmaq hər bir gənc qızın olduğu qədər, mənim də haqqımdır". Son.az