Azərbaycan sağlamlıq turizmi üzrə inkişaf strategiyası hazırlayır – Bu il qəbul edilə bilər


Digərləri 02 Sen 2018 13:29:50 197 0

Azərbaycan sağlamlıq turizmi üzrə inkişaf strategiyası hazırlayır – Bu il qəbul edilə bilər

Azərbaycanda sağlamlıq turizminin inkişafı üzrə yeni strategiya 2018-ci ilin sonuna qədər qəbul edilə bilər.

Bakı. Ənvər Məmmədov - Azərbaycanda sağlamlıq turizminin inkişafı üzrə yeni strategiya 2018-ci ilin sonuna qədər qəbul edilə bilər. Bu barədə Trend-ə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri, Ümumdünya Sağlamlıq Turizmi Təşkilatının prezidenti Ruslan Quliyev deyib. R.Quliyevin sözlərinə görə, strategiya demək olar ki, artıq hazırdır və yaxın gələcəkdə Azərbaycan Milli Məclisinə təqdim edilməlidir. Assosiasiya sədri bildirib ki, ilin əvvəlində 2018-2020-ci illər üçün nəzərdə tutulmuş "Sağlamlıq turizminin inkişafı üzrə fəaliyyət planı"nın qəbul edilməsi planlaşdırılırdı, amma nazirlikdə islahatlar və turizm üzrə yeni Dövlət Agentliyinin yaradılmasına görə bu proses bir qədər yubanır: