Ronaldo favorit kimi yenə Real-ı görür


İdman 02 Sen 2018 13:10:00 221 0

Ronaldo favorit kimi yenə Real-ı görür

Braziliya yığmasının sabiq futbolçusu Ronaldo, “Real”ın Kriştiano Ronaldo getdikdən sonra Çempionar Liqasındakı şanslarını dəyərləndirib. Goal.az xəbər verir ki, sabiq “Real”lı “kral klubu”nun bu mövsüm də kuboku qazanmağa əsas namizəd olduğunu bildirib. Ronaldo İspaniya mətbuatına açıqlamasında bunları deyib:

“Real" tarixi ilə hər zaman bu turnirin favoritidir. Son 5 ÇL-in 4-ünü qazanıblar, onların burda yeri başqadır. Bu il onlara “Barselona” və İngiltərə klubları çətinlik yarada bilər. Avropada bir çox klublar heyətlərini gücləndirib. Lakin Çempiolar Liqası elə turnirdir ki, gərək necə oynamaq lazım olduğunu biləsən. İspaniya klubları bunu daha yaxşı bilir. Lakin bu il İngiltərə klublarından sürpriz gözləyirəm”.