UEFA prezidenti təsdiqlədi: VAR-dən istifadə olunacaq


İdman 02 Sen 2018 12:30:00 241 0

UEFA prezidenti təsdiqlədi: VAR-dən istifadə olunacaq

UEFA növbəti mövsümdən avrokuboklarda VAR sistemini tətbiq etməyi planlaşdırır. Goal.az xəbər verir ki, bu barədə məlumatı UEFA prezidenti Aleksandr Çeferin verib. O, 2019/20 mövsümünün açılışında - UEFA superkuboku qarşılaşmasında ilk dəfə VAR sistemindən istifadə edəcəklərini deyib:

“Hazırda VAR sistemindən istifadə tam aydın deyil. Bir sıra aydın olmayan nüanslar hələ də qalır. Ancaq geriyə yol yoxdur, texnologiya əvvəl-axır oyuna daxil olacaq.

Bu gün plan belədir - sistemdən istifadəyə növbəti mövsümdən başlamaq. Növbəti mövsümün açılış oyununda - UEFA superkubokunda VAR sistemindən yararlanacağıq".