Tikintiyə icazə verilməsi və müfəssəl planın hazırlanması tələblərinə dəyişiklik edilib


Digərləri 02 Sen 2018 12:24:59 276 0

Tikintiyə icazə verilməsi və müfəssəl planın hazırlanması tələblərinə dəyişiklik edilib

Nazirlər Kabinetinin "Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları"nda dəyişiklik edilib.

Son.az report-a istinadən xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Dəyişikliyə görə, sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma ərizə ilə müraciət etdiyi zaman torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti ilə yanaşı tikinti layihəsini də təqdim etməli olacaq.