Araz-ın Çempionlar Liqasındakı bütün rəqibləri müəyyənləşdi


İdman 02 Sen 2018 12:12:00 264 0

Araz-ın Çempionlar Liqasındakı bütün rəqibləri müəyyənləşdi

UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq “Araz” futzal klubunun sonuncu rəqibi də müəyyənləşib. Goal.az xəbər verir ki, ilkin qrup mərhələsi çərçivəsində keçirilmiş oyunda “Veles”lə qarşılaşan və 8:5 hesabı ilə qələbə qazanan “Valletta” yekunda birinci yeri tutub və əsas mərhələyə vəsiqə qazanıb. Beləliklə əsas mərhələdə 8-ci qrupda mübarizə aparacaq “Araz” “Luçenec” (Slovakiya), “Vytis” (Litva) və “Valletta” (Malta) komandaları ilə üz-üzə gələcək. Oyunlar oktyabrın 2-dən 7-dək Slovakiyada keçiriləcək.