Gəncənin yeni başçısı idarə rəisini vəzifədən azad etdi


Digərləri 02 Sen 2018 12:03:00 250 0

Gəncənin yeni başçısı idarə rəisini vəzifədən azad etdi

Gəncə şəhər Memarlıq və Şəhərsalma İdarəsində kadr dəyişikliyi baş verib.

Son.az-ın report-a istinadən məlumatına görə, İdarənin rəisi Məharət Mustafayev tutduğu vəzifədən azad edilib.

Həmin vəzifəyə Rüstəmli Əli Xasay oğlu təyin olunub.

Qeyd edək ki, Ə.Rustəmli əvvəllər də bu vəzifədə çalışıb.

Gəncənin keçmiş başçısı Elmar Vəliyevin həyatına edilən sui-qəsddən sonra prezindetin sərəncamı ilə vəzifəsindən azad edilib. Onun yerinə Niyazi Bayramov təyin edilib. Bayramov Mingəçevir şəhərinin icra başçısı vəzifəsini icra edirdi.

Son.az