Göygöldə iki maşın toqquşdu:


Digərləri 02 Sen 2018 11:36:00 230 0

Göygöldə iki maşın toqquşdu:

Göygöl rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Son.az-ın report-a istinadən məlumatına görə, hadisə şəhər ərazisində yerləşən yanacaqdoldurma məntəqələrindən birinin qarşısında olub.

"Mercedes"markalı avtomobillə "VAZ" markalı maşının toqquşması nəticəsində bir nəfər xəsarət alaraq Göygöl Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.