Makkeynlə vida zamanı Tramp qolf oynadı


Dünya 02 Sen 2018 11:23:00 273 0

Makkeynlə vida zamanı Tramp qolf oynadı

Vaşinqtonda senator Con Makkeynlə vida mərasimi keçirilən zaman ABŞ prezidenti Donald Tramp qolf oynamağa yollanıb.

Virtualaz.org bildirir ki, bu barədə "Associated Press" xəbər yayıb.

Daha öncə senatorun yaxınları Trampı dəfn mərasimində görmək istəmədiklərini bildirmişdilər.

Lakin Ağ Ev bu məlumatı şərh etməyib. Bununla yanaşı, prezidentin qızı İvanka Tramp da daxil olmaqla, Ağ Ev administrasiyasının təmsilçiləri kilsədə keçirilən mərasimə qatılıblar. Həmçinin cümə günü vitse-prezident Mayk Pens ABŞ konqresində nitqlə çıxış edib.