Azərbaycan nefti yenə bahalaşıb


Digərləri 02 Sen 2018 11:17:00 206 0

Azərbaycan nefti yenə bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 31-də 79,38 dollar/barel təşkil edib ki, bu da cümə axşamına olan göstəricidən 0,35 dollar/barel çoxdur.

Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 31-də 77,38 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,83 dollar/barel azdır.