Almaniya millisinin sabiq üzvü Serbiya klubunda


İdman 02 Sen 2018 11:08:00 243 0

Almaniya millisinin sabiq üzvü Serbiya klubunda

Çempionlar Liqasında çətin qrupa düşən Crvena Zvezda heyətini gücləndirib. Goal.az xəbər verir ki, Belqrad təmsilçisi Olympiacos-dan Marko Marini transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Karyerası ərzində “Çelsi”, “Sevilya”, “Anderlext”, “Trabzonspor”, “Fiorentina” kimi klublarda çıxış edən Marin, 16 dəfə də Almaniya millisinin formasını geyinib.