Tim Keyhillin yeni klubu müəyyənləşib


İdman 02 Sen 2018 10:46:00 231 0

Tim Keyhillin yeni klubu müəyyənləşib

Avstraliya millisinin sabiq üzvü Tim Keyhill karyerasını Hindistanda davam etdirəcək. Goal.az xəbər verir ki, 38 yaşlı futbolçu Hindistanın Jamshedpour klubuna transfer olunub. Avstraliyalı yarımmüdafiəçi kluba azad agent kimi keçib.

Tim Keyhill Rusiyada keçirilən dünya çempionatından sonra millidən getdiyini açıqlamışdı. 38 yaşlı futbolçu Avstraliya millisinin ən çox qol vuran oyunçusu ünvanını daşıyır.

Keyhill karyerası ərzində “Milloul”, “Sidney”, “Everton” kimi klubların şərəfini qoruyub.