İsrail raketləri Bəşər Əsədin gecəsini gündüzə çevirdi Dəməşqə güclü zərbələr FOTO


Dünya 02 Sen 2018 09:40:00 228 0

İsrail raketləri Bəşər Əsədin gecəsini gündüzə çevirdi  Dəməşqə güclü zərbələr  FOTO

Ouml;tən gecə Dəməşq ətrafındakı "Mezze" hərbi aerodromunda dalbadal baş vermiş güclü partlayışlar Suriya paytaxtının gecəsini gündüzə çevirib.

Virtualaz.org Yaxın Şərq KİV-lərinə istinadən xəbər verir ki, İsrail aviasiyasının endirdiyi təxmin edilən raket zərbələrinin ardınca hərbi aerodromun silah anbarında güclü yanğın başlayıb.

Livanın "Hizbullah"a bağlı "Əl-Mayadin" telekanalı zərbələrin İsrail aviasiyası tərəfindən endirildiyini bildirir. Məlumata görə, Dəməşq ətrafındakı bəzi digər obyetlər də vurulub, Suriya Havadan Müdafiə Sistemləri işə düşüb.

Bununla belə rəsmi SANA agentliyi hərbi aerodroma raket zərbələrinin endirildiyi barədə məlumatları təsdiq etməyib. Agentlik aerodromun silah anbarında "qısa qapanma nəticəsində" yanğın başladığını bildirib. Lakin Suriya ətrafına raket zərbələrinin endirildiyini Rusiya hərbi qaynaqları da təsdiqləyir.