4 otaqlı ev yandı


Digərləri 02 Sen 2018 09:03:00 209 0

4 otaqlı ev yandı

İmişli rayonunda ev yanıb.

Son.az-ın FHN-ə istinadən verdiyi məlumata əsasən, rayonun Muradalılı kəndində ümumi sahəsi 96 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.