Almaniyada nümayişlər zamanı 11 nəfər xəsarət alıb


Dünya 02 Sen 2018 01:42:23 230 0

Almaniyada nümayişlər zamanı 11 nəfər xəsarət alıb

Neonasistlər Sosial Demokrat Partiyasının üzvlərinə hücum ediblər

Ötən gün Almaniyanın Hemnits şəhərində keçirilən nümayişlər zamanı azı 11 nəfər xəsarət alıb.

"Report" "Bild" nəşrinə istinadən xəbər verir ki, xilasetmə xidməti 17 dəfə müxtəlif yerlərə çağırılıb, bütün xəsarət alanlar isə xəstəxanalara yerləşdirilib.

Bəzi məlumatlara görə, bir qrup neonasist aksiyada iştirak edən Sosial Demokrat Partiyasının üzvlərinə hücum edib.

Nəşr yazır ki, Hemnitsa küçələrinə 8 mindən çox insan çıxıb.

Bununla yanaşı polisin qeydinə görə, nümayişçilərin əksəriyyəti özlərini dinc aparıb, şəhərdə vəziyyət isə nəzarət altındadır.