Adi pişikdən yoluxa biləcəyiniz 5 təhlükəli xəstəlik –


Digərləri 01 Sen 2018 23:25:00 575 0

Adi pişikdən yoluxa biləcəyiniz 5 təhlükəli xəstəlik –

Ev, həyət, küçə pişikləri ilə təmas qurarkən sağlamlığınızı da düşünün. Son.az medicina.az-a istinadən adi pişikdən insan orqanizminə düşə biləcək infeksiya və xəstəlikləri təqdim edir.

QUDUZLUQ

Ilk baxışdan sakit, zərərsiz görünən pişiyin, balaca pişik balasının belə size cırmaqlaması və dişləməsi artıq quduzluğa şübhə yaradacaq haldır. Yəni siz quduzluğa qarşı iynədən o halda canınızı qurtara bilərsiz ki, həmin heyvanın sahibi sizə vetpasportu göstərib, pişiyinin peyvənd olunduğunu sübut etsin. Sahib və sənəd yoxdursa, o zaman təcili xəstəxanaya getməlisiz.   Vaksinasiya müddətindən isə alkoqoldan uzaq durmalısız. Əgər xəstəxanada sizə, bu adi cızıqdır, get gözlə, dəyişiklik olsa gələrsən desələr, inanmayın. Bəzən dişləmə və cırmaqdan 1 ay sonra quduzluq əlamətləri başlaya bilər. Onda isə gec olacaq.  

PİŞİK AĞZINDAKI VİRUS ÇÖPLƏRİ

Hinsel Bartonella adlı çöplər pişik mikroflorası üçün normal haldır, amma insana keçərsə limfa düyünlərinn xoşxassəli şişinə, iltihabına çevrilə bilər. Bu kimi viruslara dözümlülük insanın immunitetindən də asılıdır.

Adədən dişləmə və dırnaq izi ilə keçir. Əgər pişik cırmaqlamasından 3 -10 gün müddətində həmin yerdə suluq, şişkinlik, qızartı varsa, ümumi zəiflik, baş ağrısı başlayırsa, deməli virus limfa düyünlərinə düşüb və onlar şişir. Həkimə müraciət edib, pişik faktorunu deməyi unutmayın.

TOKSOPLAZMOZ