Hansı adi xəstəlikləriniz sonradan xərçəngə çevrilə bilər?


Digərləri 01 Sen 2018 22:25:00 321 0

Hansı adi xəstəlikləriniz sonradan xərçəngə çevrilə bilər?

Orqanizmin sağlam vəziyyəti ilə hüceyrə fazasına kimi pozulması və xəstə vəziyyətinə düşməsi prosesi uzun müddət davam edən xroniki xəstəliklər fonunda davam edir. Bu bəzən bir neçə il, bəzən onillər boyu vaxt tələb edir.   Amma istənilən halda orqanizmin humoral fazadan matriks və hüceyrə fazasına kimi dəyişməsi baş verir. Əgər insan vaxtında adi xəstəlik, iltihabi prosesi aşkarlayıb müalicə etməsə, proses matriks və hüceyrə səviyyəsinə çataraq asanlıqla xərçəngə keçir.

Son.az medicina.az-a istinadən xəstəliklərin inkişaf cədvəlinə əsasən hansı xəstəliklərin sonda xərçəngə çevrilməsini təqdim edir. Diqqətlə baxın, əgər sizdə bu xəstəliklər varsa, onları müalicə etməyə, xüsusən Bioloji təbabət metodları ilə tam aradan qaldırmağa çalışın ki, 10-12 il sonra xərçənglə üz-üzə qalmayasız.   Cədvələ əsasən xəstəlik hər hansı sistemdə adi patologiyalarla başlayır, müalicə olunmadıqda Matriks - yəni hüceyrələr arası sahəyə keçir, xronikləşir, daha ağır xəstəliyə çevrilir, o da müalicə olunmadıqda, artıq hüceyrə səviyyəsinə keçərək xərçəngə doğru yol alır.

1.Tənəffüs sistemində - əvvəl bəlğəm, öskürək, bronxit, traxeit başlayır Matriks fazasında astma, astma bronxit, xroniki bronxit, virus mənşəli traxeit, fibroz-kistoz degenerasiya gedir Hüceyrə fazasında: Ağciyərlərin xroniki obstruktiv xəstəliyi, bronxların atrofiyası başlayır SONDA Ağciyər, traxeya və bronxların xərçəngi yaranır.

2.Həzm sistemi - əvvəl mədə şirəsi ifrazı pozulur, ezofagit, qastrit, kolitlər Matriks fazada poliplər, qəbizlik, yoğun bağırsağın melanozu, xora, qlüten enteropasiyası olur Hüceyrə fazasında: Kron xəstəliyi, kolit, nazik bağırsağın atrofiyası SONDA barret ezofagit, qida borusu, mədə - bağırsaq xərçəngi yarana bilir.

3. Ekzokrin cinsiyyət sistemi - Süd vəzilərində laktoreyası, Mastit, kistalar Matriks fazasında fibroz-kistoz mastopatiya, fibroadenoma Hüceyrə fazasında: süd vəzilərinin atrofiyası, ginekomastita- SONDA: Süd vəzilərin xərçəngi, karsinoma

4.  Ekzokrin həzm sistemi: Mədə şirəsi, öd turşularının sekresiyasının artması, pankreatit, sialit Matriks fazasında: öz daşı, qaraciyər steatozu, mədəaltı vəz, qaraciyər kistası, ağız suyu vəzilərinin kalsifikasiyası- Hüceyrə fazasında: hepatitlər, pankreatit, fibroz-kistoz degerenerasiya - qaraciyər sirrozu - SONDA : Mədəaltı vəz və qaraciyər xərçəngi