Cinsi istəyi artırmaq üçün


Digərləri 01 Sen 2018 22:15:00 247 0

Cinsi istəyi artırmaq üçün

Qadınların böyük əksəriyyətində doğuşdan sonra cinsi istək azalır. Uşaq olandan sonra ilk 4-6 həftə boyunca qadınlara cinsi yaxınlıq tövsiyə edilmir. Ancaq bu müddət keçdikdən sonra da cütlüyün cinsi həyatı dərhal əvvəlki vəziyyətinə qayıda bilməz.

Cinsi həyatınızın əvvəlki vəziyyətinə qayıtması məsələsində bir az səbrli olun. Rahat olmaq üçün həkiminizlə danışıb məsləhətlər alın.

1. Kişilər, xanımınızın yuxusuzluq və yorğunluq problemlərini həll etmək üçün ev işləri və gecə uşağa baxmaqda ona yardım edin.

2. Post partum sindromu (doğuşdan sonra depressiya) varsa, psixoterapevtə müraciət edin.

3. Xanımınızla çox maraqlanın, problemlərini dinləyin, ona kömək edin, onu rahat hiss etdirəcək sürprizlər edin.

4. Cinsi yaxınlıq üçün hazırlıq görün. Birlikdə duş qəbul etmək, zəif işıqda romantik rəqs etmək kimi hər ikinizi də rahat hiss etdirəcək şəraitlər yaradın.

5. Gün ərzində bir-birinizə yaxınlaşa biləcəyiniz fürsətlər yaradın.