Hamilələrə təhlükəsizlik qapılarından keçmək olar?


Digərləri 01 Sen 2018 21:55:00 257 0

Hamilələrə təhlükəsizlik qapılarından keçmək olar?

Son.az Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının ikinci mama-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışovun yazısını təqdim edir.

Hamilə qadınların xüsusilə erkən müddətdə tez-tez soruşduqları suallardan biri də təhlükəsizlik sistemlərindəki qapılardan keçmələrində bir problemin olub-olmamasıdır.

Bu xüsusi qapılar daxilindən keçən insanın üzərində silah kimi ağır metal tapılan anda səsli siqnal verərək, mühafizəçilərə xəbərdarlıq edir. Əvvəllər sadəcə hava limanları və xüsusi qoruma tətbiq olunan binaların girişlərində olan bu metal detektorlar indiki dövrdə bütün dünyada terror cəhdlərinin artması səbəbiylə xəstəxanalar, alış-veriş mərkəzləri kimi çox sayda insanın olduğu binaların girişlərində geniş şəkildə istifadə edilməyə başlanmışdır.