Suriyalılar Rusiyada hərbi təhsil almağa başladı


Dünya 01 Sen 2018 21:57:00 276 0

Suriyalılar Rusiyada hərbi təhsil almağa başladı

8 suriyalı uşaq Sankt-Peterburq Dəmir Yolları Birliyi və Hərbi Əlaqə İnstitutunda təhsil almağa göndərilib.

Son.az axar.az-a istinadən bildirir ki, bu barədə məlumatı Rusiyanın "Zvezda" televiziyası yayıb.

Məlumata görə, Rusiya və Suriya arasındakı saziş çərçivəsində institutda yaradılan beynəlxalq əməkdaşlıq sinfini bu gün Rusiya Müdafiə naziri müavini Dmitri Bulqakov ziyarət edib. Jurnalistlərə açıqlama verən Bulqakov bildirib ki, rus hərbi məktəblərinə ilk dəfədir ki, suriyalılar qəbul edilib:

"Suriya ordusuna bu uşaqlardan mükəmməl zabit yetişdirilməsi üçün əlimizdən gələni edəcəyik. Bu sınaq addımıdır və gələcəkdə də qəbullar davam edəcək. Suriyalıların bütün hərbi təyinatlı məktəblərə alınması ilə bağlı təlimat verdik".