Rusiyada 11 mindən çox azərbaycanlı tələbə təhsil alır


Siyasət 01 Sen 2018 21:42:00 240 0

Rusiyada 11 mindən çox azərbaycanlı tələbə təhsil alır

"Rusiyada 11 mindən çox azərbaycanlı tələbə təhsil alır. Onlardan minə yaxını Rusiya Federasiyasının Federal büdcəsi hesabına təhsil alır".

Son.az "Report"a istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Soçidə Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında çıxışə zamanı deyib.

"Mədəniyyət və təhsil sahəsində ikitərəfli əlaqələrin zənginliyini məmnunluqla qeyd etdik. Rusiyada 11 mindən çox azərbaycanlı tələbə təhsil alır. Onlardan minə yaxını Rusiya Federasiyasının Federal büdcəsi hesabına təhsil alır. Hər il Azərbaycan vətəndaşlarına 200-dən çox təqaüd verilir. Rusiya və Azərbaycan prezidentlərinin təşəbbüsü ilə yaradılan Bakı Beynəlxalq Humanitar Forumunun iclasları müntəzəm keçirilir. Forumun ilin sonunda Bakıda keçiriləcək növbəti 6-cı iclasına 500-dən çox iştirakçının gələcəyi gözlənilir", - deyə o bildirib.