Ağstafada ölümlə nəticələnən yol qəzası baş verib


Digərləri 01 Sen 2018 21:43:00 206 0

Ağstafada ölümlə nəticələnən yol qəzası baş verib

Ağstafa rayonunun Böyük Kəsik kəndində "VAZ" markalı minik avtomobili yol kənarındakı hasara çırpılıb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə məlumat FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.

Məlumata əsasən, hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılmış vəziyyətdə qalmış 1960-cı il təvvəllüdlü sürücü Eminov Elxan Əsgər oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.