Hamilələrin nəzərinə: çox kökəlməyin, yoxsa...


Digərləri 01 Sen 2018 21:45:00 222 0

Hamilələrin nəzərinə: çox kökəlməyin, yoxsa...

Hamiləlikdə artıq çəki almaq təzyiqi yüksəldə, erkən doğuma səbəb ola bilər. Bundan başqa, hamiləlikdə şəkər xəstəliyinin ortaya çıxması və iri körpə doğumu, doğuşdan sonra əmizdirməklə bağlı problem, uşaqda şəkər azlığı və ölüm riski də var.

Araşdırmalar zamanı hamiləlikdə çox kökələn qadınların övladlarında İQ səviyyəsinin yüzdə 3.2 nisbətində az olduğu və onların immunitet sisteminin daha zəif olduğu ortaya çıxıb.

Hamiləlik zamanı çox kökəlməmək üçün qadınlara məsləhətlər:

- Paketlənmiş yeməklərdən uzaq gəzin

- Mövsümündə və yeni tərəvəz, meyvələri süfrənizdən əskik etməyin

- Hər yemək yeyəndə süfrəyə yetərincə protein dəyəri yüksək qida (yumurta, pendir, ət, balıq, süd, qatıq, quru paxlalılar) qoymağa diqqət edin.

- Evə hazır yeməklər sifariş etməyin. Öz yeməyinizi özünüz bişirin.