Dişlərin ev şəraitində ağardılmasının fəsadları


Digərləri 01 Sen 2018 21:25:00 219 0

Dişlərin ev şəraitində ağardılmasının fəsadları

Avstraliyanın Rəqabət Mübarizəsi və İstehlakçıların Hüquqlarının Müdafiəsi Komissiyası belə bir həyəcanlı bəyanatla çıxış edib ki, dişləri ağardan məhsullar ağız boşluğu və diş ətində yanıqlara gətirib çıxara bilər.   Son.az medicina.az-a istinadən bildirir ki, məlum olub ki, bəzi ağartma dəstlərində peroksidin təhlükəli qatılığı mövcuddur. Ekspertlər bu vasitələrdən istifadə nəticəsində zərərçəkənlərin olduğuna dair məlumat əldə ediblər.

Komissiyanın üzvü Sara Kortun sözlərinə görə, adamlarda kimyəvi yanıqlar, ağız boşluğunda, boğazda yara əmələ gəlməsi, dişlərdə həssaslığın artması, sancmalar və baş ağrıları qeydə alınıb. Həm də bu zaman dişlər qeyri-təbii rəng alıb.