"Azərsu" Azərbaycan Beynəlxalq Bankından aldığı borcu 7 il tez qaytarıb


Digərləri 01 Sen 2018 21:02:00 260 0

"Azərsu" Azərbaycan Beynəlxalq Bankından aldığı borcu 7 il tez qaytarıb

Əvəzində səhmdar cəmiyyəti Maliyyə Nazirliyinə olan borcunu 84% artırıb

Bu il yanvarın 1-nə "Azərsu" ASC-nin kredit borcları 238,805 mln. manat təşkil edib.

Son.az "Report"a istinadən bildirir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 43,4% və yaxud 1,8 dəfə azdır.

Səhmdar cəmiyyətinin kredit borclarının 167,268 mln. manatını və yaxud 70%-ni 4 beynəlxalq və xarici maliyyə qurumundan - Dünya Bankı (WB), Asiya İnkişaf Bankı (ADB), Almaniyanın "KfW" və Fransanın "Natixis" banklarından alınmış kreditlər təşkil edib. 2017-ci ildə bu tipli borclar 0,1% azalıb. Qeyd edək ki, həmin kreditlərin illik faiz dərəcəsi müvafiq olaraq 0,75%, 2,5%, 0,75% və 2,45%-dir.