Bakıda ağacları məhv edib obyekt tikirlər VİDEO


Digərləri 01 Sen 2018 20:58:00 249 0

Bakıda ağacları məhv edib obyekt tikirlər  VİDEO

Paytaxtın Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 42 ünvanında yaşıl ağaclar məhv edilib, bəzilərinin dibinə beton tökülüb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, həmin ərazidə obyekt tikilir. Tikiləcək obyektin təməli məhz ağacların əhatəsində qoyulub.

Yaxınlıqda yaşayan sakinlər iddia edir ki, ərazidə bəzi ağaclar kəsilib. Sakinləri deyir ki, naməlum şəxslər əvvəlcə binanın arxasında onlar tərəfindən salınan yaşıllıq sahəsini məhv ediblər. Bir müddət sonra həmin ərazinin giriş hissəsində bir neçə meyvə ağacını kəsərək yerində obyekt tikintisi üçün təməl qoyulub. İndi ağaclardan bir neçəsi həmin obyektin təməli qoyulan hissəsində qalıb. Bu ağacların aqibətinin necə olacağı isə sakinləri narahat edir.

Ərazidə çəkiliş apardığımız zaman obyektin tikildiyi sahəyə polis tərəfindən lentin çəkildiyinin şahidi olduq. Nizami rayonu Yaşıllaşdırma Sahəsinin rəisi Məhərrəm Əliyev deyir ki, artıq bu ərazidə tikintinin aparılması dayandırlıb. Ağac kəsilməsi məsələsinə gəldikdə isə, o dedi ki, tikinti dayandırıldığından ağacların dibinin betonu təmizlənəcək və ağacların kəsilməsinin qarşısı alınacaq.


Xəbərə aid video