Hamilələr bu meyvənin suyunu içsin:


Digərləri 01 Sen 2018 20:45:00 318 0

Hamilələr bu meyvənin suyunu içsin:

Sağlamlığa xeyirli olan Hindistan qozunun (kakos) suyu hamilə qadınlar üçün çox faydalıdır. Hindistan qozu suyunun hamilələrə 8 faydasını təqdim edirik:

1. Böyrəklərin işləməsinə kömək edir. Hindistan qozu suyu hamiləlik zamanı əhəmiyyətli olan maqnezium, kalium kimi mineralların qəbuluna kömək olması baxımından zəngin qidadır. Sidikqovucu olan kakos suyu sidik yolunun təmizlənməsinə, böyrək daşlarının yaranmamasına və böyrəklərin işləməsinə kömək edir.

2. Sağlam elektrolitlər tərkiblidir. Adətən hamilə qadınların səhər yuxudan oyanandan sonra qusduqları bədəndəki suyu və elektrolitləri bu meyvə yenidən bərpa edir. Həm də əzələlərin funksiyalarını dəstəkləyir və bədəni sakit saxlayan kalsium, fosfor və kalium baxımından zəngindir.

3. Yorğunluq, susuzluq, tükənmişliklə mübarizə aparır. Hindistan qozu suyu elektrolit baxımından zəngin, təzələyici və yüngül bir içkidir. Hamiləlik dövründə içilən kakos suyu bədənin susuz qalması və səhər qusmalarından sonra susuzluq və tükənmişliyə qarşı ideal içkidir. Bədəndəki suyu qoruyaraq, həm də elastiklik qazanmasına kömək olur.

4. Mədə qıcqırması və qəbizliyə yaxşı təsir edir. Hindistan qozu suyu içmək həzm sisteminin güclənməsinə kömək olur. Qəbizliyi aradan qaldırır və Ph səviyyəsini qaydaya salaraq bədənin təmizlənməsinə, metabolizmin inkişafına kömək edir.